Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində II dövrə start götürəcək.

Unikal.org xəbər verir ki, Azərbaycan yığması VI turda Portuqaliya ilə qarşılaşacaq.

Millimiz A qrupunun favoritini evdə qəbul edəcək. Bakı Olimpiya Stadionundakı matç Canni de Byazinin yetirmələrinin doğma meydanda ikinci matçı olacaq.

Yarım il əvvəl Serbiyaya 1:2 hesabı ilə uduzan komandamız adlı-sanlı rəqibini büdrətməyə çalışacaq. Əsas ulduzu Kriştiano Ronaldo cəzalı olduğundan qonaqlar Bakıya itki ilə gəlib. Millimiz də Maksim Medvedev, Rüstəm Əhmədzadə və Anton Krivotsyukun xidmətindən məhrum olub.

Qeyd edək ki, millimiz seçmə mərhələyə Portuqaliya ilə səfər matçı ilə start verib və 0:1 hesabı ilə uduzub.