"Polis akademiyası" filmində leytenant Erni Mauzer obrazı ilə məşhurlaşan komediya aktyoru Artur Metrano vəfat edib.

Unikal.org  xəbər verir ki, aktyor 84 yaşında evində dünyasını dəyişib. Onun heç bir xəstəliyinin olmadığı bildirilib.

Qeyd edək ki, Metrano "Ürəkləri sındıran", "Dünya tarixi, birinci hissə", "Son nəfəsdə" kimi bir çox filmdə rol alıb.