"Hercai" serialında birgə rol aldıqdan sonra eşq yaşamağa başlayan aktrisa Oya Unustası ilə aktyor Ahmet Tansu Taşanlar ailə həyatı qurub.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlüyün toydan görüntüləri sosial şəbəkədə yayılıb. Onların nikah şahidləri aktyor Engin Akyüreklə müğənni Toyqar İşıklı olub.

Qeyd edək ki, cütlük ekran işində sevgili obrazını canlandırırdı.