Gürcüstanda ötən sutkada koronavirusa 2 533 yeni yoluxma faktı qeydə alınıb, 1 762 nəfər müalicə olunaraq sağalıb, 57 nəfər vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 579 031 nəfər yoluxub. Onların 536 321-i sağalıb, 8 146-sı ölüb.