Rusiya və Belarus silahlı qüvvələrinin cümə axşamı günü Rusiyanın Nijni Novqorod bölgəsindəki "Zapad-2021" birgə strateji hərbi təlimi davam edir. 

Unikal.org xəbər verir ki, açılış mərasiminə Rusiya, Belarus, Ermənistan, Hindistan, Qazaxıstan, Qırğızıstan və Monqolustandan hərbçilər qatılıb.

Təlimlər cümə günündən sentyabrın 16-dək Rusiyadakı 9 poliqonda, Baltik dənizində və Belarusdakı 5 poliqonda keçiriləcək.

Ümumilikdə 200 min personal, təxminən 80 təyyarə və vertolyot, 760 ədəd hərbi texnika və 15 gəmi iştirak edəcək.

Ağarza Elçinoğlu