Xəbər verdiyimiz kimi, Yevlax postunda yol polisinin vətəndaşdan rüşvət aldığı iddia edilən görüntülər yayılıb.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovnik-leytenantı Namidan Piriyev Unikal.org-a açıqlamasında bildirib ki, yayılan videoda yol polisi əməkdaşının rüşvət alması aydın şəkildə görünmür:

"Əgər həmin vətəndaş polis əməkdaşının ondan rüşvət aldığını iddia edirsə, bizə müraciət etsin, araşdırma aparaq".

***

13:12

Yol polisinin rüşvət aldığı iddia edilən görüntülər yayılıb.

Unikal.org-un məlumatına görə, yayılan görüntülər Yevlax postuna lentə alınıb.

Həmin videonu təqdim edirik:

Seymur Əli