Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Əli Nur oğlunun şəhid olduğu Şuşa şəhərinə səfər edib.

Unikal.org  xəbər verir ki, aktyor Cıdır düzünə baş çəkərək şəhid olmuş övladının ruhuna şeir səsləndirib:

“Mənim oğlum - baş leytenant, tabor komandiri Rövşən Nurzadə Şuşanın girişində şəhid olub. O Füzulinin, Cəbrayılın, Qubadlının alınmasında iştirak edib. Daşaltıda yaralansa da, nə qədər etsələr də geri qayıtmadı. Bu qələbə ilə Şuşanın girişində şəhid oldu...

Salam, oğlum,

Salam, oğlum!

Vətənə arxa duran qəhrəman,

Daşaltıda düşmənə qan udduran Qəhrəman!