Hazırda "Sadakatsız" serialında rol alan aktrisa Melis Sezen yeni avtomobil alıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa 2021-ci ilin "Mercedes" markalı nəqliyyat vasitəsinə 1 milyon lirə (təxminən 196 min 500 manat) ödəyib.

Qeyd edək ki, aktrisa avtomobilini mobil rabitə operatorlarından birinin reklam çəkilişindən qazandığı qonorarla alıb.