Gürcüstan Müdafiə Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin şəxsi heyəti suya enməyi nəzərdə tutan paraşüt hazırlığı üzrə proqram keçir.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə naziri Cuanşer Burçuladze hərbçilərlə birgə onların mübariz ruhunu yüksəltmək məqsədilə paraşütlə tullanmada iştirak edib. Tullanma modernləşdirilmiş “AN 2” təyyarəsindən həyata keçirilib.