Soçi şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında təkbətək görüş başlayıb.

Unikal.org haberler.com-a istinadən xəbər verir ki, Dövlət başçıları Suriya, İraq, Əfqanıstan və Cənub Qafqazdakı vəziyyəti müzakirə edirlər.

Qeyd edək ki, R.T.Ərdoğan Rusiyada işgüzar səfərdədir.

14:11

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri başlayıb.

Unikal.org xəbər verir ki, dövlət başçısının təyyarəsi Soçi şəhərindəki hava limanına enib.

12:38

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçiriləcək.

Unikal.org “TRTHaber”ə istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Rusiyanın Soçi şəhərində keçiriləcək görüşdə iştirak etmək üçün bu ölkəyə səfərə yola düşüb.

Liderlərin Zirvə toplantısının proqarmında heyətlərarası görüş nəzərdə tutulmayıb.

Bildirilib ki, prezidentlər təkbətək görüşəcək və Suriyadakı vəziyyəti müzakirə edəcək