Türkiyəli  məşhur  aktrisa Ebru Şahin basketbolçu nişanlısı Cedi Osmanın ona evlilik təklifi etməsi haqqında danışıb.

Unikal.org  xəbər verir ki, Cedi Ebrunu ilk gördüyü gün bunun baş verəcəyini və evlilik təklif edərkən taxdığı üzüyü ötən ildən bəri aldığını bildirib:

"Həyatımdakı ən gözəl şey... Çox həyəcanlı və stresli idim. O çox özəl biridir, onu gördüyüm gün bunu bilirdim. Üzük keçən ildən məndə idi. Cəsarətimi toplayıb təklif etdim. Həyatımdakı ən gözəl hadisə idi".

Qeyd edək ki, cütlük 1 ildir eşq yaşayır.