Fələstinin Tulkarm şəhərindəki zərgərlik mağazasında soyğunçuluq hadisəsi  qeydə  alınıb.  

Unikal.org  xəbər verir ki, iki naməlum şəxs  qadın geyimində qızıl dükanına  daxil olaraq,  mağaza sahibini  ölümlə  hədələyiblər. Soyğunçuların əlində avtomat  olub. Onlar  mağazadan 7 dəqiqəyə 7  kiloqram qızıl  oğurlayıblar.

Onların soyğun  anı anbaan  müşahidə  kameralarına əks olunub. Polis  şəxslərin axtraşına başlayıb.