“Vətən müharibəsində xüsusi qəhrəmanlıq göstərmiş Ali Baş Komandan İlham Əliyev təltif edilməyib. Nəzərə alaq ki, Vətən müharibəsindəki qələbənin əldə edilməsində Prezident İlham Əliyevin xüsusi rolu var”.

Unikal.org-un xəbərinə görə, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentin bu gün keçirilən iclasında deyib.

O vurğulayıb ki, Ali Baş Komandan İlham Əliyev ən ali orden və rütbə ilə təltif edilməlidir: “Xahiş edirəm ki, bu məsələ parlamentin gündəliyinə salınsın”.