İran mallarının ucuz olması insanların çoxunda elə fikir yaradır ki, bunlar insan sağlamlığı üçün zərərlidir. Hətta ”İran məhsulları insanda xərçəng yaradır” - kimi fikirlər də dolaşır. 

Bəs görəsən həqiqətən iran məhsulları bu qədər zərərlidir? 

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, hansısa ölkənin məhsullarının hamısı zərərlidir deyə anlayışı yoxdur: 

“Təhlükəli və keyfiyyətsiz məhsul anlayışı müəyyən partiya məhsullara aiddir. Qiymətinin ucuz olmasının isə bununla əlaqəsi yoxdur. Sadəcə peyvənd adı altında İran və Türkiyədən bizə Geni Modifikasiya Olunmuş məhsullar gətirilir. Bunlar isə çox ciddi məsələlərdir. 

E.Hüseynov qeyd etdi ki, Azərbaycanın əmtəə bazarında kifayət qədər emal malları var. Lakin buna baxmayaraq xarici ölkələrdən kifayət qədər məhsullar gətirilir. 

Könül Oruc