Əfqanıstanın şimalındakı Pərvan əyalətinin mərkəzi Çərikar şəhərində bir neçə güclü partlayış baş verib.

Unikal.org xarici KİV-ə istindən xəbər verir ki, günorta saatlarında baş vermiş partlayışlardan sonra atışma başlayıb. Mənbələrə görə, bu, iqtidardakı “Taliban” hərəkatının döyüşçülərilə Milli Müqavimət Cəbhəsi arasında toqquşma ola bilər.

“Taliban” bu məsələyə hələlik münasibət bildirməyib.