Bu ilin yanvar-iyul aylarında Bakı şəhəri üzrə muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqısı açıqlanıb.

Bakı Şəhər Statistika İdarəsindən Unikal.org-a verilən məlumata görə, hesabat dövründə paytaxtda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 0,1% azalaraq 948 manat təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında paytaxtda orta aylıq əməkhaqqı üzrə göstərici 942,3 manata bərabər olub.