Sentyabrın 30-da İranın Azərbaycandakı səfirliyi qarşısına aksiya keçirmiş 4 nəfərin polis əməkdaşlarının həyata keçirdikləri müvafiq tədbirlərlə şəxsiyyəti müəyyən edilib.

Unikal.org xəbər verir ki, Bakı sakini olan həmin şəxslər polis idarəsinə dəvət olunub.

Onlarla polis idarəsində izahedici söhbət aparılıb və ciddi xəbərdar olunaraq hər birinin barəsində inzibati cəza tədbirləri görülüb.