"Zirə"nin futbolçusu Filipe Paxtman yenidən zədələnib.

Unikal.org-un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Rəşad Sadıqov açıqlama verib.

Onun sözlərinə görə, braziliyalı hücumçu 6-7 ay yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, 21 yaşlı forvard ötən mövsümün ikinci yarısını da eyni səbəbdən buraxıb.