Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlara hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Unikal.org  AFFA-ya istinadən xəbər verir ki, “Keşlə” klubunun üzvü Elçin Mustafayev zədə səbəbindən heyətdən çıxarılıb.

Onun əvəzinə “Sabah”dan Abdulla Rzayev hazırlıq prosesinə dəvət olunub.