Türkiyə milli futbol komandasının sabiq üzvü Emre Belbözoğlu "Başakşehir" klubunun baş məşqçisi olacaq. 

Unikal.org xəbər verir ki, sabah 41 yaşlı mütəxəssisin mətbuat önündə təqdimat mərasimi keçiriləcək.

O, bu vəzifədə ötən gün istefaya göndərilən Aykut Kocamanı əvəzləyib.

Qeyd edək ki, E.Belözoğlu bundan əvvəl "Fənərbağça" klubuna rəhbərlik edib.