Amerikada qarışıq döyüş ustası (MMA) Castin Tornton nokautdan sonra 39 yaşında dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bu barədə “MMA Fighting” portalı məlumat yayıb.

ABŞ-da avqustun 21-də keçirilən turnirdə Tornton Dillon Kleklerlə qarşılaşıb. Görüşün 18-ci saniyəsində Tronton aldığı güclü zərbədən nokauta düşüb.

Tornton xəstəxanaya yerləşdirilib. Döyüşçü qismən iflic olub və onurğa zədəsi nəticəsində infeksiyaya yoluxub. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.