"Liverpul"un sabiq müdafiəçisi Ceymi Karrager (Jamie Karragher) klubun hücumçusu ilə Məhəmməd Salahla (Mohamed Salah) bağlı fikirlərini bölüşüb.

Unikal.org  xəbər verir ki, 43 yaşlı mütəxəssis Salahın hazırda dünyanın ən yaxşı futbolçusu olduğunu deyib:

"Son həftələrdə dünyada Məhəmməd Salahdan daha yaxşı futbolçu olduğunu düşünmürəm. "Liverpul"un tarixində belə yüksək səviyyəli futbolçu olmayıb. O, hazırda dünyanın ən yaxşı futbolçusudur".

Xatırladaq ki, İPL-in bombardirlər siyahısında Salah 6 qolla liderlərdən biridir.