Əfsanəvi boksçu Məhəmməd Əlinin nadir eskiz və rəsm kolleksiyası təxminən 1 milyon dollara satılıb.

Unikal.org  xəbər verir ki, mərhum boksçunun çəkdiyi 26 əsər Nyu-Yorkda hərraca çıxarılıb. "Arı kimi sancmaq" adını verdiyi rəsm 425 min dollara alıcı tapıb. Bu da satış öncəsi təxmin edilən qiymətdən 10 dəfə çox olub.

Məhəmməd Əlinin 1967-ci ildə İslam və Xristianlığı müqayisə edən eskizi 24 min dollara, 1979-cu ildə üzərində "Səni sevirəm Amerika" sözləri yazılmış rəsm əsəri isə 150 min dollara satılıb.

Əsərlərin ümumi qiyməti gözlənilən məbləğdən 3 dəfə çox olmaqla 945 min 524 dollar təşkil edib.

Qeyd edək ki, məşhur boksçu 2016-cı ildə 74 yaşında parkinson xəstəliyindən dünyasını dəyişib.