Belçika hökuməti həftədə 4 günlük iş modelinin tətbiqini nəzərdə tutan qanun layihəsi hazırlayıb. 

Unikal.org xəbər verir ki, iş günlərinin sayı azaldılsa da, həftəlik ümumi iş sayı dəyişdirilməyəcək və gündəlik 9,5 saatlıq iş rejimi tətbiq olunacaq.

Buna baxmayaraq, heç də bütün əhali gündəlik iş saatlarını artırmaqla iş günlərinin sayının azaldılması ideyasını dəstəkləməyib.

Qeyd edək ki, Yeni Zelandiya 2  il öncə 4 günlük iş modelinin tətbiq etmişdi.