Rusiya Taliban nümayəndələrini Moskvaya Əfqanıstan üzrə görüşdə iştirak üçün dəvət edib.

Unikal.org xəbər verir ki, bu məlumatı Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov yayıb.

O, görüşün 20 oktyabrda keçiriləcəyini bildirib. Kabulov Moskvaya gələcək nümayəndə heyətinə kimin rəhbərlik edəcəyini açıqlamayıb.