Bakıda bir neçə ümumtəhsil müəssisəsi 6 günlük qrafikə keçib.

Unikal.org xəbər verir ki, buna səbəb təhsil proqramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini təmin etməkdir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) “Report”un sorğusuna cavab olaraq bildirilib ki, BŞTİ-nin tabeliyində olan məktəblərin 45-i 6 günlük qrafiklə fəaliyyət göstərir: “Məktəbin iş rejimi onun maddi-tədris bazası və kadr potensialı nəzərə alınmaqla, Pedaqoji Şuranın iclasında müzakirə olunur və kollegial qərar əsasında məktəb rəhbərliyi tərəfindən tənzimlənir”.(report)