İtaliyada yaşı 12-dən çox olan əhalinin 80 faizi COVID-19 əleyhinə peyvənd edilib.

Unikal.org xəbər verir ki, indiyədək İtaliyada 12 yaşdan yuxarı 60 milyon nəfərin 43 milyon 229 min 552-sinə hər iki doza peyvənd vurulub.

Bununla da hökumət ölkədə COVID-19-la bağlı çox sayda məhdudiyyətin ardan qaldırılması üçün qarşıya qoyduğu hədəfə çatıb.

Bildirilib ki, İtaliya hökuməti bundan sonra uşaqların peyvənd prosesini sürətləndirmək üçün çalışır.