Yunanıstanda leysan yağışları Evbei adasında 200-dən çox evin su altında qalmasına səbəb olub. 

Unikal.org xəbər verir ki, bir neçə saat davam edən leysan yağışlardan sonra yerli dağ çayı daşıb. Eyni zamanda bir çox yollar su altında qalıb.

Aqia Anna, Axladi və Kotsikia yaşayış məntəqələrində də leysan yağışları ciddi problemlərə yol açıb.

Tələfat barədə hələ ki, heç bir məlumat daxil olmayıb.