Əfqanıstanda yeganə idman telekanalı fəaliyyətini dayandırıb.

Unikal.org xəbər verir ki, "3 sport" telekanalının rəhbərliyində təmsil olunan Şafikulla Səlim Poya deyib ki, telekanal iqtisadi problemlər və hakimiyyətə gəlmiş "Taliban" hərəkatının formalaşdırdığı strukturların tətbiq etdiyi məhdudiyyətlər səbəbindən fəaliyyətini dayandırıb.

O bildirib ki, son zamanlar telekanalın müxbirləri hər hansı tədbiri işıqlandırmağa gedərkən məhdudiyyətlərlə üzləşiblər.

Qeyd edək ki, "Taliban" hərəkatının hakimiyyətə gəlməsindən sonra ölkədə ümumilikdə 150 KİV fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.