Səlahiyyət müddəti başa çatan Almaniya kansleri Angela Merkel vida səfəri çərçivəsində İsrailə gedib.

Unikal.org xəbər verir ki, onu İsrail XİN rəsmiləri qarşılayıblar.

Səfər çərçivəsində Merkel İsrail Prezidenti İsak Hersoq, Baş nazir Naftali Bennett və xarici işlər naziri Yair Lapidlə görüşəcək.

Onu da deyək ki, Merkelin İsrailə vida səfəri 28-29 avqusta planlanmış, ancaq Əfqanıstanda baş verənlər səbəbindən səfər təxirə salınmışdı.