Naməlum silahlı quldur qruplaşması Nigeriyanın Sokoto əyalətindəki bazara hücum edib.

Unikal.org "France Presse"yə istinadən xəbər verir ki, hücum edənlərin sayı təxminən 200 nəfər olub. Onlar motosikllarla bazara girərək satıcıları qorxutmaq üçün atəş açıblar.

Şahidlərin sözlərinə görə, quldurlar ərzaqları aparıblar, ərazidəki evlər yandırılıb.

Sözügedən hadisə nəticəsində 20 nəfərin öldüyü bildirilib.