"Taliban" hökumətinin "xarici işlər naziri vəzifəsini icra edən" Emirhan Muttaki, dünya ölkələrini Əfqanıstanın daxili işlərinə qarışmamağa çağırıb. 

Unikal.org xəbər verir ki, Qətərdə Lisansüstü Araşdırmalar İnstitutu Konflikt Araşdırmaları və Humanitar Fəaliyyət Mərkəzinin təşkil etdiyi iclasa qatılan Emirhan Muttaki, daxili və xarici siyasətlə bağlı dəyərləndirmələr edib. 

Dünya ölkələrini Əfqanıstanın daxili işlərinə qarışmamağa çağıran Muttaki, "Biz heç kimin daxili işlərinə qarışmırıq və başqalarından da eyni rəftarı gözləyirik. Başqa ölkələrdən Əfqanıstana diktaların heç bir xeyri olmayacaq",- deyə  ifadə  edib. 

Gülayə  Mecid