Sosial şəbəkələrdə Tovuz rayonunda şəhidlərlə bağlı xoşagəlməz ifadələr işlədən şəxsin bir qrup tərəfindən üzr diləməsini əks etdirən videogörüntülər Daxili İşlər Nazirliyinin nəzarətinə götürülüb. 

DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Unikal.org-a bildirib ki, bununla bağlı rayon polis şöbəsində cinayət məcəlləsinin müvafiq  maddəsi ilə cinayət işi başlanıb, həmin şəxslər müəyyən olunaraq istintaqa cəlb edilib. 

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Murad İbrahimli