İranda ötən sutka ərzində 159 nəfər koronavirusdan (COVID-19) ölüb, 11 409 nəfər yoluxub.

Unikal.org xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 125 875 nəfərə, yoluxanların sayı isə 5 899 509 nəfərə çatıb. Virus daşıyıcılarından 4 078 nəfərin vəziyyəti ağır qiymətləndirilir.