“Çox az sayda şəhidin ata-anası yoxdur. Ancaq həmin şəhidlərin himayəsində bacı və qardaşları var idi”.

Unikal.org-un məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, şəhidlərin bacı və qardaşlarına ev, yaxud müavinət verilmir: “Onların bacı-qardaşlarının da taleyini düşünərək bu humanist addımı atmalıyıq”.