“Biz 28 May gününü qeyri-iş günü elan edirik, bu gün bizim üçün bir dəyərdir”.

Unikal.org-un məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü də qeyri-iş günü olmalıdır. “18 Oktyabr - Müstəqilliyin Bərpası Gününün də qeyri-iş günü olması ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilməlidir. Qeyri-iş günü hesab olunmursa, bunun səbəbi izah edilməlidir”, - deyə deputat bildirib.

Deputat Əli Məsimli də bu təklifi dəstəkləyib.