Ermənistanın Ararat vilayətində Rusiya Sərhəd Qoşunlarına məxsus avtomobilin dərəyə yuvarlanması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Unikal.org xəbər verir ki, bu barədə “Shamshayn” saytı məlumat yayıb.

Hadisə bu gün baş verib. Qəza nəticəsində bir nəfər yerindəcə ölüb, digəri xəstəxanaya yerləşdirilib.

Məlumata görə, ölən və yaralananlar Rusiya sərhəd qoşunlarının hərbçiləridir.

Faktla bağlı  araşdırma  aparılır.