Dünyaca məşhur model Gigi Hadid sevgilisi müğənni Zayn Malikdən ayrılıb.

Unikal.org xarici  KİV-ə  istinadən xəbər verir ki,  buna səbəb modelin anası İlondanın ifaçını ailədaxili zorakılıqda ittiham etməsi olub.

Onun sözlərinə görə, Zayn evlərinə gələndə onu vurub. Bundan sonra Zayn Malik  evi  tərk  edib.  Gigi yayılan xəbərlərlə bağlı heç bir  açıqlama verməyib. 

Qeyd edək ki, 2016-cı ildən bəri eşq yaşayan cütlük dəfələrlə küsüb-barışıblar.