Ukraynanın paytaxt şəhəri Kiyevdə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı qələbə, 8 noyabr - Zəfər Günü münasibətilə Ukrayna və Azərbaycan xəritələrinin əks olunduğu bilbord quraşdırılıb.

Unikal.org xəbər verir ki, bilbordda Ukrayna dilində “8 noyabr Azərbaycanın şanlı Qələbə Günüdür”, “Qarabag Azərbaycandır”, “Krım və Donbas Ukraynadır” şüarları, eləcə də Dəmir yumruq və Xarıbülbül çiçəyinin təsviri əks olunur.

Bilbord 15 gün, noyabrın 1-dən 15-dək nümayiş olunacaq.