“Daxili İşlər Nazirliyinin əməkdaşları işğaldan azad edilən ərazilərimizdə salınan narkotik plantasiyaları aşkarlayıb”.

Unikal.org xəbər verir ki, bunu “Real TV”yə müsahibəsində Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.

“Həmin ərazilərdə konkret belə hallar olmuşdu. Bu sahədə yenə də işlər davam etdirilir. Narkotik plantasiyalarının aşkarlanması ilə bağlı ictimaiyyət məlumatlandırılır”, - o vurğulayıb.