“8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin qərarı açıqlanıb.

Unikal.org-un xəbərinə görə, qərar layihəsində deyilir:

"Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respubliaksı Silahlı Qüvvələrinin əzəli torpaqlarımız olan Qarabağı və Şərqi Zəngəzuru uzun sürən işğaldan azad etdiyini böyük qürur hissi ilə xatırlayaraq,

2020-ci il noyabrın 8-də Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olan Şuşa şəhərinin qəhrəman Azərbaycan övladlarının hədsiz Vətən sevgisi və şücaəti sayəsində düşmən əsarətindən azad edilməsinin müharibənin gedişində həlledici rol oynadığını və Ermənistan Respublikasının təslim olması ilə nəticələndiyini vurğulanaraq hazırlanıb.