Rusiyada son sutka ərzində daha 40 735 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Unikal.org  “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların sayı 8 714 595 nəfərə çatıb.

Ötən gün Rusiyada 1192 nəfər koronavirusdan ölüb. Ümumilikdə koronavirusdan ölənlərin sayı 244 447 nəfərə çatıb. İndiyədək 7 505 971 xəstə sağalıb.