Zəfər bayramı ərəfəsində Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) maaşlar artırılıb.  AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova bu barədə əmr imzalayıb. 

Unikal.org xəbər verir  ki, Rektorun əmrinə əsasən, professor-müəllim heyətinin və əməkdaşların maddi rifah halının yaxşılaşdırılması üçün əmək haqları orta hesabla  20 faiz qaldırılıb.