29 iyun 2007-ci ildə Bodrumda baş verən yol qəzasında dünyasını dəyişən məşhur müğənni Barış Akarsunun anası Hatice Akarsu vəfat edib.  

Unikal.org haberler.com-a istinadən xəbər verir ki, məşhur  müğənninin anası mədəaltı vəzi xərçəngindən dünyasını dəyişib. 

Bildirilir ki,  Hatice Akarsu 15 gün əvvəl Ankara Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həyatı üçün mübarizə aparan Akarsu bu gün çoxsaylı orqan çatışmazlığından dünyasını dəyişib.