Nigerin cənub-qərbində yerləşən Banibangou şəhərinə silahlı hücum olub. 

Unikal.org xəbər  verir  ki, insident  nəticəsində mer də daxil olmaqla azı 60 nəfər həlak olub.

Qəsəbənin yüksək rütbəli rəsmilərindən olan Zakari Karidjo verdiyi açıqlamada, hələlik basqınla bağlı dəqiq məlumatın olmadığını və hücuma görə məsuliyyəti heç kəsin üzərinə götürmədiyini bildirib.

Kardjo basqın zamanı qəsəbədə qarşıdurma olduğunu və hücum edənlərdən bəzilərinin qarşıdurmada öldürüldüyünü bildirib.

Hücumun İŞİD terror təşkilatına bağlı yerli terror təşkilatı tərəfindən həyata keçirildiyi güman edilir.