"Türkiyə bir çox aktual məsələlər, o cümlədən Qarabağdakı vəziyyətlə bağlı Rusiya ilə fəal əlaqədədir".

Unikal.org  xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazirin sözlərinə görə, Ankara və Moskva qarşılıqlı olaraq milli maraqları nəzərə almaqla konstruktiv dialoq kursuna sadiqdirlər.

Çavuşoğlu, həmçinin qeyd edib ki, Cənubi Qafqazda dəyişiklik və transformasiyalara ümid yaranıb və Ankara İrəvanla münasibətlərin normallaşması prosesinə hazırdır.