Bu gündən etibarən ABŞ-a səfər etmək üçün COVID-19-a qarşı tam peyvənd sertifikatı və mənfi PCR testi təqdim edilməlidir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, edilən peyvəndlərə “Pfizer-BioNTech”, “Moderna”, “AstraZeneca”, “Covishield”, “BIBP/Sinopharm və “Sinovac” ABŞ-a səfər etmək üçün qəbul edilən vaksinlərdir.

Məlumatda qeyd edilir ki, bu qaydadan istisna 18 yaşınadək uşaqlar və vaksin çatışmazlığı müşahidə olunan ölkələrdən gələn bəzi şəxslərə aiddir.

“Bu siyasət ictimai səhiyyəni, ABŞ vətəndaşlarının və sakinlərinin, həmçinin ölkəmizə qonaq gələn şəxslərin qorunmasını ən üst səviyyəyə qoyur”.