Türkiyəli aktyor Oktay Kaynarca reklam çəkilişi zamanı paparatsilərin hədəfinə tuş gəlib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor müxbirlərin suallarını da cavablandırıb. O, final etmədən yayımdan qaldırılan "Eşkiya dünyaya hükümdar olmaz" serialı bağlı açıqlama verib:

"Artıq başqa bir kanalda da yayımlanması mümkün deyil, sonlandı".

Aktyor yeni layihə ilə bağlı suallara isə "Bəlli olmaz, həyatdır" deyə, cavab verib.

Qeyd edək ki, O.Kaynarca ekran işində "Hızır" obrazını canlandırırdı.