DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində IX tur davam edir.

Unikal.org-un məlumatına görə, G qrupunda günün ilk iki matçı baş tutub.

Qətərdə keçiriləcək final mərhələsində vəsiqə uğrunda mübarizəni davam etdirən Türkiyə yığması öz meydanında Cəbəllütariqlə qarşılaşıb. 

Qardaş ölkə təmsilçisi matçın taleyini artıq ilk yarıda həll edib. Fasiləyədək üç assistə imza atan Burak Yılmazın ötürmələrini bir dəfə Kərəm Aktürkoğlu, iki dəfə Halil Dervişoğlu qola çevirib.

Fasilədən sonra da oyunda meydan sahibləri dominantlıq edib. Merrih Demiral, Sərdar Dursun və Mert Muldurun qolları qonşularımıza 6:0 hesablı qələbə qazandırıb.ğı olacaq.