Xorvatiya millisinin futbolçusu Luka Modriç İspaniya "Real Madrid"i ilə yeni müqavilə imzalayacaq.

Unikal.org  "Marca"ya istinadən xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçinin sözləşməsinin müddəti 2023-cü ilin yayınadək uzadılacaq.

Təcrübəli oyunçunun hazırkı sözləşməsi cari mövsümün sonunda başa çatmalıdır.

Qeyd edək ki, 2006-cı ildən "Real Madrid"də çıxış edən Luka Modriç "kral klubu"nda 400-dən çox oyun keçirib.